Cümə, 10 May

Ronaldu "Real Madrid"ə qayıtmayacaq - RƏSMİ

image

İspaniyanın "Real Madrid" klubunun prezidenti Florentino Peres İtaliya "Yuventus"unda çıxış edən ulduz futbolçu Kriştianu Ronaldunun qayıtma ehtimalına münasibət bildirib.

Xəbər verilir ki, 74 yaşlı funksioner portuqaliyalı hücumçunun "kral klubu"na dönməyəcəyini deyib.

Peresin sözlərinə görə, bu məsələ barədə danışmağın mənası yoxdur: "Onun "Yuventus"la müqaviləsi var".

Qeyd edək ki, Kriştianu Ronaldunun İtaliya klubu ilə sözləşməsi 2022-ci ilin yayında başa çatmalıdır. Portuqaliyalı oyunçunun illik məvacibi 31 milyon avrodur. Forvard Turin klubuna 2018-ci ilin iyulunda "Real Madrid"dən 117 milyon avroya keçib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32